BAXCP Tofiq Yaqublunun əfv olunması üçün prezidentə müraciət etdi
Bizi izləyin

Nida.az

BAXCP Tofiq Yaqublunun əfv olunması üçün prezidentə müraciət etdi

BAXCP Ali Məclisi Tofiq Yaqublunun əfv edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.


Bu barədə Publika.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.


“BAXCP Ali Məclisi Tofiq Yaqubluya gənc övladının vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və onun dəfn mərasimində iştirakına şərait yaradılmasını təqdir edir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Yaqublu ailəsinə də humanistlik və mərhəmət nümayiş etdirərək ailə üçün bu ağır günlərdə Tofiq Yaqublunu əfv etməyə çağırır”, - deyə məlumatda bildirilir.


Müraciətdə qeyd olunur: “Tofiq Yaqublu Milli Azadlıq Hərəkatının öncülərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib”.


Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm