Azərbaycanlı tələbələr erməniləri ifşa etdi - FOTOLAR
Bizi izləyin

Nida.az

Azərbaycanlı tələbələr erməniləri ifşa etdi - FOTOLAR

Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universieti tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı twitter aksiyası keçirilib.

Publika.az xəbər verir ki, ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə etdilən Twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni “soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir.

Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim ilə paralel keçirilib.

“Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslarda Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb. Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib.

Aksiyaya Türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm