Qafar Çaxmaqlı: “Çanaqqalada şəhid olan azərbaycanlılarla bağlı araşdırma aparılmalıdır”
Bizi izləyin

Nida.az

Qafar Çaxmaqlı: “Çanaqqalada şəhid olan azərbaycanlılarla bağlı araşdırma aparılmalıdır”

“Çanaqqalada Azərbaycan türkləri də çox böyük qəhrəmanlıq göstəriblər. Onların bir neçəsinin adı da məlumdur. Lakin bu, onların sayının az olduğu demək deyil. Bu savaşda minlərlə azərbaycanlı da şəhid olub”.


Bu barədə Publika.az-a açıqlamasında Erməni Araşdırmalar Mərkəzinin sədri, tarixçi Qafar Çaxmaqlı deyib.


Onun sözlərinə görə, Azərbaycan coğrafiyası indiki Azərbaycanla məhdudlaşmamalıdır: “O zaman Osmanlı dövlətini tərkibində Azərbaycan türkləri də vətəndaş olaraq səfərbər edilmişdi. Onların məzarı üzərində hardan olduqları yazılmırdı. Bununla belə, Qafqaz türklərindən ibarət könüllü birliklərin Çanaqqalada döyüşdüyü təsdiq olunmuş faktdır. Bununla bağlı Osmanlı arxivlərində sənədlər var”.


Q. Çaxmaqlı qeyd edib ki, Azərbaycan tarixçiləri bununla bağlı araşdırmalar aparmalıdır.


“Mən türkiyəli tarixçilərlə bu məsələni danışmışam. Onlar hər cür kömək etməyə hazır olduqlarını deyirlər. Azərbaycan bu məsələyə diqqət ayırmalı və bununla bağlı tarixçilərimiz araşdırma aparmalıdır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm