Prezident CAR prezidentinə və Niderland kralına məktub göndərib
Bizi izləyin

Nida.az

Prezident CAR prezidentinə və Niderland kralına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram."

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm