Nida.az
Həmsədrlər bəyanat yaydı

“Nə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi, nə də hər
hansı bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi
tanımır”.
Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və
Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrılıqda baş tutan
görüşlərinin yekunu ilə bağlı verdikləri bəyanatda deyilir.
Bəyanata əsasən, həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin
Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər:
“Bildiririk ki, bu heç bir halda Dağlıq Qarabağın son statusunu və
ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli
üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən
etmir”.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer
Andryu ilə bərabər görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey
Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə hər iki ölkənin
xarici işlər naziri aprelin 24-25-də müvafiq olaraq Bakı və
İrəvanda Azərbaycan və Ermənistan prezidentlərinin Fransa
prezidenti Fransua Oland ilə görüşü barədə məlumat verib:
“Biz hər iki nazirə Azərbaycan və Ermənistan prezidentlərinin
dialoqu intensivləşdirmələrinin və bu ilin sonuna kimi
prezidentlərin növbəti görüşünün keçirilməsinin vacibliyini qeyd
etdik. Nazirlər həmçinin prezidentlərin görüş zamanı müzakirə
edəcəyi gündəliyi müəyyənləşdirmək üçün həmsədrlərin iştirakı ilə
görüşməyə razılıq verdilər və həmsədrlərin bu yaxınlarda regiona
reallaşdıracaqları səfərlərini dəstəklədilər”./APA/

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır