Azərbaycan Prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirildi. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm