Nida.az
İspaniya XİN: “Dağlıq Qarabağdakı “parlament seçkiləri”ni tanımırıq”
İspaniya mayın 3-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”ni tanımır. “Report”un məlumatına görə, bu barədə İspaniya XİN-in yaydığı bəyanatda bildirilib.
“2015-ci il mayın 3-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulmuş “parlament seçkiləri” ilə əlaqədər, İspaniya xatirladır ki, həmin “seçkilər”in hər hansı bir etibarlılığı və legitimliyi yoxdur. Bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmayıb”, - bəyanat sənədində vurğulanıb.
“İspaniya höküməti, bu fürsətdən istifadə edərək, hər iki tərəfi, danışıqlarda hazırki status-kvoya son qoymağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinin tətbiqi əsasında regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqların davam etdirilməsinə çağırır”, - bəyanatda bildirilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!