XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsi qəbuledilməzdir
Bizi izləyin

Nida.az

XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsi qəbuledilməzdir

ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.


Publika.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını şərh edərkən söyləyib.


“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirlik rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm