Nida.az
İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Laura Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin təşkilati işlərinin yüksək səviyyədə aparıldığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat, su təchizatı və kanalizasiya, bərk tullantıların idarə olunması və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dünya Bankı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında artıq əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə həyata keçirilən bir sıra layihələr, o cümlədən “ASAN xidmət” sahəsində görülən tədbirlər də yüksək qiymətləndirilib, Dünya Bankının “ASAN xidmət” ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dünyada gedən maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, hökumətin maliyyə və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində apardığı işlər, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında aparılan islahatlar, ölkənin iqtisadi potensialının artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi, infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş yerlərinin yaradılması, regionların inkişafı və digər sahələrdə icra olunan layihələr və həyata keçirilən işlərdən danışılıb.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərtac
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO