Nida.az
Əli Əhmədov: “Qarayaxmalar ilk Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməyəcək”
“Azərbaycana qarşı qarayaxmalar İlk Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməyəcək”. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər alışıb: “Bir neçə il bundan öncə Azərbaycanda mötəbər “Avroviziya” mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışdıq. Amma Azərbaycan bu yarışmanı çox yüksək səviyyədə keçirdi. Tədbir “Avroviziya” mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa nail oldu. Artıq İlk Avropa Oyunlarının keçirilməsi üçün bütün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı İlk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq”.
Ə.Əhmədov vurğulayıb ki, İlk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşmaq ədalətli olardı: “Amma biz bunun əksini görürük. Bu gün Azərbaycana qarşı ABŞ, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək.
Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir. Güman etmirəm ki, bu hərəkətlər, qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirsin. Görünən odur ki, onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar”.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO