Adil Qeybulla: “Müsavat rəhbərliyi qisasçı siyasət aparır”
Bizi izləyin

Nida.az

Adil Qeybulla: “Müsavat rəhbərliyi qisasçı siyasət aparır”

“Müsavat Partiyasının hazırkı rəhbərliyi qisasçılıq siyasəti aparır”.

Bunu Publika.az-a açıqlamasında Müsavatdan istefa verən, ADR-in İdarə Heyətinin üzvü Adil Qeybulla deyib.

Onun sözlərinə görə, Müsavat rəhbərliyi ittihamlarla mübarizə aparır, müsavatçılıq, ləyaqət prinsiplərini və nizamnaməni ayaqlar altına atır: “Mən düşünmürdüm ki, Vurğun Əyyuba qarşı bu cür addım atıla və yuxarının tapşırığı ilə onu partiyadan uzaqlaşdıralar. Vurğun bəy Müsavatın bərpasında, genişlənməsində, möhkəmlənməsində xüsusi əməyi olan şəxsdir. O bu yolda çox məhrumiyyətlərə qatlanıb. Belə bir şəxsin partiyadan uzaqlaşdırılması Müsavatda qisasçılıq siyasətinin aparıldığını göstərir. Artıq belə prinsiplərin olduğu bir partiyada qalmağın mənası yoxdur”.

A. Qeybulla Müsavat rəhbərliyinin digər opponentlərinə qarşı da belə addımlar atacağını hesab edir: “İndiyə qədər atılan addımlar göstərir ki, Müsavat rəhbərliyi anti-demokrat siyasət yürüdür, özlərinə qarşı hesab etdikləri hər hansı fikri dərhal məhv etmə planı ilə hərəkət edir. Bu tendensiya ilə Müsavatın apardığı siyasət onun sonunu gətirəcək”.

A. Qeybulla ADR-in partiyaya çevrilmə perspektivini də şərh edib.

“ADR-in partiyaya çevrilməsi mümkündür, lakin bu bir qədər zamana bağlı olan məsələdir. Bu gün siyasi partiya olmadığımız üçün təşkilat olaraq parlament seçkilərinə gedə bilməyəcəyik. Amma üzvlərimizin hər biri fərdi qaydada namizədliklərini irəli sürə bilərlər”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm