“İsa Qəmbər Avqusto Pinoçetdən artıq diktatordur”
Bizi izləyin

Nida.az

“İsa Qəmbər Avqusto Pinoçetdən artıq diktatordur”

“İsa Qəmbərin Vurğun Əyyuba verdiyi dəyər 1 manata da dəymirmiş”.


Publika.az xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Vurğun Əyyubun Müsavatdan çıxarılmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Vurğun Əyyub 25 il Müsavat Partiyasına xidmət edib: “Sonda 1 manat üzvlük haqqı ödəməməyə görə İsa Qəmbər onu partiyadan çıxartdı. Bu dünyagörüşlə İsa Qəmbər prezident olmaq istəyirdi?! İsa Qəmbər bu cür dünyagörüşlə Avqusto Pinoçetdən artıq diktator olardı. Bu faktın özü onu deməyə əsas verir ki, Müsavat Partiyasının heç vaxt Məmməd Əmin Rəsulzadə irsinə aidiyyəti olmayıb. Müsavat Partiyası İsa Qəmbərindir və bu partiyanı özü yaradıb. Kimsə onun dediyini demirsə, dərhal cəzalandırılır. Bolşeviklər kimi: “Kim bizdən deyil, düşməndir”. İsa Qəmbərdən çox yaxşı bolşevik çıxarmış. Müsavat Partiyası artıq dərnək maraqları ilə idarə olunur”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm