Nida.az
Araz Əlizadə: “Avropa Oyunlarını keçirmək potensialı çox az ölkədə var”
“I Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdəki imicini möhkəmləndirəcək. Bu baxımdan, Oyunlar olduqca əhəmiyyətlidir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial
Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, bu səviyyəli oyunları keçirmək üçün çox az
ölkənin potensialı var: “Azərbaycanın isə belə bir potensialı
yüksəkdir. Bu oyunların ilk dəfə keçirilməsi və bunun məhz Bakıda
baş tutması tarix boyu yaşayacağını deməyə əsas verir. Oyunlar qısa
müddətdə həyata keçirilməli olduğundan heç bir dövlət bu yükün
altına girə bilmədi. Azərbaycan isə bunu üzərinə götürdü və
öhdəsindən də gəlib”.
ASDP sədri qeyd edib ki, Avropa Oyunları Olimpiya Oyunlarının
keçirilməsi üçün tramplin rolunu oynayır.
“Azərbaycan 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə öz
namizədliyini irəli sürmüşdü. Həmin vaxt bizə yeganə irad kimi onu
tutdular ki, Azərbaycanın belə böyük yarış keçirmək təcrübəsi
yoxdur. İndi Azərbaycan bu təcrübəni əldə etdi və deməli, böyük
Olimpiya Oyunlarını keçirə bilər. Əgər Azərbaycan Olimpiya
Oyunlarını götürsə, deməli, daha heç bir infrastruktur yaratmaq
lazım olmayacaq. Çünki artıq hazırlanıb”, - deyə o bildirib.
A. Əlizadə bu oyunların Azərbaycanın turizm və idman inkişafına da
müsbət təsir edəcəyini deyib: “Misal üçün, indiyə qədər bizim
normal üzgüçülük zalımız, gimnastika kompleksimiz, normal
stadionumuz yox idi. İndi bütün bunlar tikilib və xalqımıza
qalacaq. Gün gələcək ki, bizim balalarımız geniş miqyasda idmanla
məşğul olacaq, dünyanın tanınmış idmançıları kimi yetişəcək. Bu
məsələnin Qarabağ probleminə də müsbət təsiri olacaq. Bura gələnlər
görəcək ki, azərbaycanlılar sivil, mədəni insanlardır. Bu mənada
Avropa Oyunları xüsusi əhəmiyyət kəsb edir və biz hər birimiz bu
oyunlara rəğbətlə yanaşmalıyıq”.
Asif Nərimanlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO