Nida.az
“İnturist” qayıtdı - Prezident və xanımı açılışda - FOTOLAR (YENİLƏNİB)
Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı
olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti
kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi.
Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir.
Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura
üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də
keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən
keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində
Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə “İnturist” barədə
xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti
cəlb edir. Beşmərtəbəli binada 150 standart və suit nömrə var.
Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin
özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından
Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir.
Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri
sistemlərlə təchiz olunub.
Oteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından
dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları
təqdim ediləcək. Buradakı şərait Bakının keçmiş əfsanəvi “İnturist”
mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni
“İnturist” fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə
layiqli yer tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər digər
sahələrdə olduğu kimi, turizmin, o cümlədən müasir otel sisteminin
inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Təsadüfi
deyil ki, Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu
sahənin inkişafı ölkəmizdə beynəlxalq səviyyəli bir çox mehmanxana
brendlərinin açılması ilə nəticələnib. Son illərdə ölkənin
sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm
infrastrukturunda yeni “İnturist” otelinin də xüsusi rolu olacaq.
Azərbaycandakı sabitlik, ölkəmizin qədim tarixi, zəngin
mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz
dünyada böyük maraqla qarşılanır. Bunu son illərdə ölkəmizə gələn
turistlərin sayındakı artım da göstərir. Ölkəyə turistlərin cəlb
olunmasında, əlbəttə ki, müasir otellərin yaradılmasının rolu
böyükdür. Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan
“Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi bu
Oyunlarla bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etmək
baxımından da müstəsna əhəmiyyətə malikdir. Bu cür infrastruktur
layihələrinin icrası Bakının turizm potensialını artırmaqla yanaşı,
paytaxtın müasir simasının yaradılması işinə də öz töhfəsini
verir.
Otellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə
görüşdü.
Mehmanxananın kollektivini salamlayan Prezident İlham Əliyev
bildirib: "Bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür.
Yeni gözəl mehmanxana açılır. Bu hadisə münasibətilə sizi ürəkdən
təbrik edirəm. “İnturist” mehmanxanasının açılışı, doğrudan da
tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda
“İnturist” mehmanxanası olub. Səksən il bundan əvvəl tikilmişdi.
Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina
tikilib.
Ancaq “İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə
yaşayırdı. Ona görə, çox şadam ki, belə bir qərar qəbul olundu və
bu tarixi ədalət bərpa edildi. Gözəl yer seçilib. Əvvəlki
“İnturist” mehmanxanasının yeri də buradan bir o qədər də uzaqda
deyil. Amma bu yer də çox gözəldir. Çox gözəl mənzərə açılır. Bir
daha demək istəyirəm ki, “İnturist” bundan sonra da yaşayacaqdır.
Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox
bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi
ədaləti bərpa edək".
Dövlət başçısı bildirib ki, bu mehmanxana ən yüksək standartlara
cavab verir: "Çox gözəl şərait yaradılıb. Adam burada özünü sanki
öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl ab-hava var.
Əminəm ki, yüksək xidmət də göstəriləcək və qonaqlar burada
özlərini çox rahat hiss edəcəklər".
Prezident qeyd edib ki, son vaxtlar Azərbaycanda turizm sektoru
sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir: "Son
illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər
tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri
Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər
tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”,
“Jumeirah”, “Hilton”, “Sheraton”, - bunlardan əvvəl “Hyatt” var
idi, - indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu
otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam
edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar”
oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ
şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək.
Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha
görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə
qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür
və qeyd edirlər".
İlham Əliyev vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir və mənim üçün ən gözəl şəhərdir: "Çünki Bakıda həm tarix,
həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o
qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət
edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı
bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu
bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər
ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə
zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara
çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda
istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar
var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə
sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu,
ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi.
Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların
sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında
görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə
sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi
insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da
qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir
qonaq bax, bunu qeyd edir.
Dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik
toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə
söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan
haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu
qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu,
həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları
da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün
otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət
göstərəcəksiniz.
Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm".
Sonda xatirə şəkli çəkdirildi.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR