Əhməd Oruc I Avropa Oyunlarından danışdı
Bizi izləyin

Nida.az

Əhməd Oruc I Avropa Oyunlarından danışdı

“I Avropa Oyunları Azərbaycanı dünyada ciddi idman ölkələri sırasına çıxaracaq”.

Bunu Publika.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, Avropa Oyunları eyni zamanda Azərbaycanın Avropa ailəsinin bir üzvü kimi təqdimatı üçün də vacibdir: “Hazırda oyunlarla bağlı qurulan infrastruktur gələcəkdə digər beynəlxalq idman oyunlarında rahat şəkildə istifadə olunacaq. Bunun özü də çox pozitiv məqamdır”.

Partiya sədri hesab edir ki, bu oyunlardan sonra Azərbaycanın dünyadakı imici da xeyli yüksələcək.

“Azərbaycan torpaqları işğal olunub. Adətən, turistlər münaqişəli ölkələrə getməkdən çəkinirlər. Digər tərəfdən, erməni diasporu və lobbisi bizim haqda yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bu oyunlar Azərbaycanın necə sivil, sülhpərvər olduğunu bir daha nümayiş etdirəcək. Bu isə gələcəkdə turist axınına səbəb ola, ölkəyə maliyyə axını gələ və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər. Ümumilikdə Avropa Oyunlarının Bakıda keçirilməsini pozitiv qiymətləndirirəm”, - deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm