Fransa səfiri Qərbi qınadı: "Əldə olunan nailiyyətləri görmürlər" - VİDEO
Bizi izləyin

Nida.az

Fransa səfiri Qərbi qınadı: "Əldə olunan nailiyyətləri görmürlər" - VİDEO

Azərbaycan ilk Avropa Oyunları ilə bağlı beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini yerinə yetirəcək.

ANS TV-nin məlumatına görə, bu sözləri mötəbər yarışma ərəfəsində bəzi Qərb darələrində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib:

“Bu tədbirin keçirilməsi Azərbaycan üçün çox vacibdir. Beynəlxalq tədbir haqqında insanlara məlumatlandırmaq vacibdir. Bəzi insanlar Azərbaycanda baş verənləri mənfi yöndən görür. Çünki Qərb mətbuatı və qəzetlər Azərbaycandakı hadisələri məhz bu formada işıqlandırır. Əvəzində isə əldə olunan nailiyyətləri görmürlər. Ona görə də Azərbaycan hökumətinin reaksiyasını başa düşürəm.

Fransaya gəlincə isə, biz Azərbaycanla hər sahədə, o cümlədən fikir azadlığı sahəsində konstruktiv və açıq dialoq aparırıq. Düşünürəm ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm