"Onunla uğurlu əməkdaşlığımız..." - Dini Komitənin sədri yeni dövlət müşaviri haqda danışdı
Bizi izləyin

Nida.az

"Onunla uğurlu əməkdaşlığımız..." - Dini Komitənin sədri yeni dövlət müşaviri haqda danışdı

"Onunla uğurlu əməkdaşlığımız..." - Dini Komitənin sədri yeni dövlət müşaviri haqda danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin sabiq rektoru, professor Kamal Abdullanın Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsinə münasibətini açıqlayıb.

DQİDK sədri Elşad İskəndərov Trend-ə açıqlamasında Prezidentin bu sərəncamını Azərbaycanın milli və dini mültikulturalizm və tolerantlıq modelinin gücləndirilməsi sahəsində fəaliyyətin daha yüksək səviyyəyə qaldırmaq istiqamətində mühüm qərar kimi qiymətləndirib: "Bu eyni zamanda, cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, dövlət-din münasibətlərinin tənzimlənməsinə diqqət və qayğısının bariz nümunəsidir. Kamal müəllim görkəmli ziyalıdır, ölkədə o cümlədən xaricdə istər ictimai, istərsə də ədəbi fəaliyyəti ilə tanınan xadimdir. Dövlət Komitəsi xətti ilə Kamal müəllimlə bundan əvvəl də bir sıra beynəlxalq əhəmmiyətli tədbirlər çərçivəsində əməkdaşlıq etmişik. Şübhə etmirəm ki, onunla yeni vəzifəsində də uğurlu əməkdaşlığımız bu sahədə bütün məsələlərin müsbət həllinə xidmət edəcəkdir".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Kamal Mehdi oğlu Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm