Nida.az
Müsavatçılar ayağa qalxdı: “Arif Hacılıya istefa” – AKSİYA – FOTOLAR
Bu gün müsavatçılar Müsavat Partiyasının qərargahı
önündə Vurğun Əyyubun partiya sıralarından qanunsuz olaraq
çıxarılmasına və partiyanın hazırkı rəhbərliyinin apardığı siyasətə
etiraz olaraq aksiya keçirib.
Publika.az xəbər verir ki, 100-ə yaxın müsavatçı
qərargahın önündə partiya rəhbərliyinin siyasətini sərt şəkildə
tənqid edib. Aksiyada Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric
edilənlər də iştirak edib.
Aksiyada çıxış edən Müsavatın sabiq üzvü Əlövsət Sadıqlı partiya
rəhbərliyini sərt şəkildə tənqid edərək bildirib ki, qurultaydan
çıxan nəticələrdən dərs götürülməyib: “Qurultayda Arif Hacılı
qanunsuz olaraq başqan seçildi. Qurultaya hazırlıq üzrə təşkilat
komitəsi demokratiyaya, Müsavatın prinsiplərinə zidd olaraq bir
nəfəri rəhbərliyə gətirdi. Hansı ki, açılmış bütün sənədlər bunun
qanunsuz olduğunu göstərirdi. İsa Qəmbər başda olmaqla hazırkı
rəhbərlik qurultayın sənədləri tam hazır olmamış Ədliyyə
Nazirliyinə göndərdilər. Bizim əlimizdə bununla bağlı faktlar var
idi və bunu açıqlasaydıq, bunu edənlər cinayət məsuliyyətinə cəlb
oluna bilərdilər. Lakin biz dözdük. Düşündük ki, qurultaydan sonra
qanunsuz addımlardan çəkinərlər. Onlarsa bundan daha da ruhlanaraq
qanunsuz hərəkətlərinə davam etdilər və Müsavatda repressiya,
anti-demokratik mənzərə yaratdılar. Arif Hacılıya qarşı fikir
söyləyənlər dərhal cəzalandırıldı. Ömürlərinin əsas hissəsini
Müsavata həsr edənlər azad söz dedikləri üçün partiyadan çıxarılır.
Bu, dözülməz vəziyyətdir. Vurğun Əyyub Müsavatın əsas simalarından
biridir. Bu gün ona qarşı atılan addım qisas xarakteri daşıyır. Biz
buna qəti etiraz edirik. Bundan çıxış yolunu ya hazırkı rəhbərliyin
qanunsuz əməllərindən əl çəkməsi, ya da istefa verməsidir”.
Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli də çıxışında
Müsavat rəhbərliyini sərt şəkildə tənqid edib. O, növbədənkənar
qurultayın çağırılmasının vacibliyini vurğulayıb.
Aksiyada “Müsavat ailə partiyası deyil”, “Növbədənkənar qurultay
çağırılsın”, “İstefa” şüarları səsləndirilib. Etirazçılar Arif
Hacılını istefaya çağırıb.
Sonda aksiyanın qətnaməsi oxunub.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü