ADR-dən təklif: “Arif Hacılı və dəstəsi layiq olduqları yerdə oturdulmalıdır”
Bizi izləyin

Nida.az

ADR-dən təklif: “Arif Hacılı və dəstəsi layiq olduqları yerdə oturdulmalıdır”

“Özünə təskinli verənlər partiyanın heç bir zaman dağılmayacağını deyir. Lakin anlamırlar ki, Müsavatın zəifləyərək mövcud duruma düşməsi, dərnəyə çevrilməsi elə dağılma kimi bir şeydir”.


Publika.az xəbər verir ki, bu barədə ADR sədrinin müavini, bir müddət öncə Müsavatdan çıxarılan Səxavət Əlisoy partiyanın düşdüyü vəziyyətə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, partiya qurultaydan sonra cəmiyyətin diqqətini çəkən nə bir aksiya, nə bir dəyirmi masa keçirməyə nail olub: “Bütün enerjiləri ADR Hərəkatına qarşı yönəlib. 10-15-20 il ömrünü Müsavata həsr etmiş insanları “xəyanətkar” elan edib partiyadan uzaqlaşdırırlar. Partiyada təkcə cəza mexanizmi işləyir, sanki təməl prinsiplərdən biri də cəza imiş. Ən acınacaqlısı odur ki, bir dəstə adam qurultay eyforiyasından sonra rasional düşüncədən məhrum olub. Əmin olun, ADR tərəfdarları ilə “haqq-hesab” bitdikdən sonra, o bir dəstə adam biri-birinə girəcək, əsl həngamə o zaman başlayacaq”.


S. Əlisoy hesab edir ki, partiyanı xilas etmək üçün bu gün Müsavat Partiyasında üzv olaraq qalmaqda davam edən, kimsəyə biət etməyən, demokratik fikirli insanlar susmamalıdır.


“Müsavat komsomol zehniyyətlilərin işğalından xilas olmalıdır. Hacılı və ona sadiq 10-15 adam tarixi bir partiyanı məhvə aparır. Müsavatın yeganə çıxış yolu Hacılı və dəstəsini layiq olduqları yerdə oturtmaqdır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm