“Tənəzzülün zirvəsidir” – Vurğun Əyyubdan Müsavat rəhbərliyinə sərt sözlər
Bizi izləyin

Nida.az

“Tənəzzülün zirvəsidir” – Vurğun Əyyubdan Müsavat rəhbərliyinə sərt sözlər

Müsavat Partiyasından çıxarılan ADR sədrinin müavini Vurğun Əyyub mayın 6-da partiya qərargahının önündə Arif Hacılıya qarşı keçirilən aksiyaya münasibət bildirib.


Publika.az xəbər verir ki, V. Əyyub “facebook” səhifəsində etiraz edənləri “agent” adlandıran Müsavat rəhbərliyinə sərt cavab verib.


“Müsavat Partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı zalın qapılarını açmadıqlarından, məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər. Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar: satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər, YAP-ın sifarişini yerinə yetirirlər və daha nələr. Etiraz edənlərin şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır.

Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini canları hesabına qoruyanlar, liderlərinə “Primakov agenti”, “qorxaq”, “iradəsiz!, “satqın” böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?” - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm