Nida.az
İlham Əliyev AYİB prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və
İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini
vurğuladı. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan
Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı
düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan
iqtisadiyyatına ciddi təsir etməyib. Dövlətimizin başçısı Avropa
Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin
başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi
üçün yaxşı fürsət yaratdığını dedi.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti
Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun
ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini dedi. Suma
Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun
olduğunu bildirdi. O, ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsi,
qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən
işlərin önəmini qeyd etdi.
Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında
əməkdaşlığın enerji infrastrukturunun yaradılması,
informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd
təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO