Rusiya təhlükəsizliyinin əsas şəxsi Bakıya niyə gəlir? – ŞƏRH
Bizi izləyin

Nida.az

Rusiya təhlükəsizliyinin əsas şəxsi Bakıya niyə gəlir? – ŞƏRH

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-12-də Azərbaycana səfər edəcək.


Publika.az xəbər verir ki, səfər çərçivəsində regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə ediləcək.


“İnterfaks”ın məlumatına görə, səfər zamanı N. Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək.


“Beynəlxalq məsələlərlə bağlı geniş müzakirələr aparılacaq, həmçinin təhlükəsizlik məsələsi ətrafında fikir mübadiləsi olacaq”, - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir.


Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında isə deyilir ki, Təhlükəsizlik Şurasının katibi Bakıda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsinə baş çəkəcək. Həmçinin Böyük Vətən müharibəsi veteranları ilə görüş keçiriləcək.


Rusiyalı politoloq Sergey Mixeyev hesab edir ki, N. Patruşevin səfəri zamanı gündəlikdəki əsas məsələ regional təhlükəsizlik üçün Azərbaycan-Rusiya dialoqunun aparılması olacaq: “Regionda terrorizmə, narkoticarətə, qaçaqmalçılığa qarşı birgə mübarizənin aparılması müzakirə oluna bilər. Həmçinin Yaxın Şərqdəki vəziyyət və Şimali Qafqazdakı qeyri-sabit durum ətrafında fikir mübadiləsi aparıla bilər”.


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə hesab edir ki, rusiyalı qonaq Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini müzakirə edə bilər.


“Bu məsələ də Təhlükəsizlik Şurasının maraqları çərçivəsinə daxildir. Bununla yanaşı, gündəmdə Rusiyadan Azərbaycana hərbi çatdırmalar, o cümlədən Şimali Qafqazda genişlənən radikal islam qruplarının təhdidləri ola bilər. Hansı ki bunlar təkcə Rusiya üçün yox, Azərbaycan üçün də təhlükəlidir”, - deyə politoloq bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm