Razi Nurullayev seçkidə məğlub olanları istefaya çağırdı
Bizi izləyin

Nida.az

Razi Nurullayev seçkidə məğlub olanları istefaya çağırdı

“Yeni Demokratiya” hərəkatının qurucusu, AXCP sədrinin keçmiş müavini, siyasi şərhçi Razi Nurullayev seçkidə məğlub olan partiya sədrlərini istefaya çağırıb.

Publika.az xəbər verir ki, R. Nurullayev mayın 8-də Böyük Britaniyada keçirilən seçkilərə toxunaraq bağlı konkret nümunə gətirib: “Böyük Britaniya yeni bir seçki tarixi yazdı. Bu seçki Azərbaycan üçün bir məqamla yadda qala bilər. Uduzan partiyaların partiya sədrliyindən istefa verməsi. Ana müxalifətin leyborist lideri Ed Miliband öz partiyasının parlament seçkilərindəki məyusedici məğlubiyyətinin ardınca istefasını elan edib. Yazıq nə yatdı ki, nə yuxu görə. Amma o gözəl bilir ki, hansı səbəbdən olursa olsun, məğlubiyyət məğlubiyyətdir. Onu dartışmaq demokratik liderlər üçün uyğun hal deyil. Kaş Azərbaycan üçün də bu keçərli ola. Hansı səbəbdən olursa olsun, 20 il dalbadal uduzan siyasətçilər neçə rəva görürlər ki, yenə də onlara lider deyib yuxarı başa keçirsinlər? Azərbaycanda da siyasi istefa mədəniyyəti formalaşmalıdır. Yalnız müxalifət
üçün yox, iqtidar üçün də”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm