Müsavatdan xaric olunanlar: “Bu, İsa Qəmbərin sifarişidir”
Bizi izləyin

Nida.az

Müsavatdan xaric olunanlar: “Bu, İsa Qəmbərin sifarişidir”

Müsavat Partiyasının 6 may aksiyasını təşkil edən üç üzvü partiyadan çıxarılıb.


Publika.az xəbər verir ki, mayın 6-da Vurğun Əyyubun çıxarılmasına və partiya rəhbərliyinin apardığı siyasətə etiraz olaraq qərargahın önündə keçirilən aksiyanın təşkilatçıları Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, üzvlər Rahib Mirələmov və Əli Qasımbəyli Nizamnamə tələblərini kobud şəkildə pozduqları səbəbi ilə partiyadan çıxarılıblar.

Adıçəkilən şəxslər Divanın dünənki toplantısına dəvət olunsalar da, gəlməkdən imtina ediblər.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Suraxan rayon təşkilatının Nizamnamə tələblərinə əməl etmədiyinə, pozuculuq fəaliyyətinə görə seçkili orqanlarının buraxılması barədə təqdimatı müzakirə olunaraq müsbət həll edilib və aşağıdakı partiya üzvlərindən ibarət – Misir Mahmudov, Ədalət Həmidov, Balababa Allahnəzərov, Ələkbər Əliyev, Çıraq Bayramov, Vaqif Allahverdiyev, Sərdar Kərimov, Fəzli Mehdiyev, Nəhayət Qasımova, İlqar Quliyev, Günel Rəhimova, Fərid Hüseynov və Nizaməli Süleymanov - Təşkilat Komitəsi yaradılıb.


Rövşən Dəmirli isə Publika.az-a açıqlamasında Müsavatın qərarından narazı olduğunu deyib.


O, qərarın nizamnaməyə zidd olduğunu deyib və Müsavat rəhbərliyini məhkəməyə verəcəyini bildirib.


Rahib Mirələmov də Publika.az-a açıqlamasında qərara ciddi şəkildə etiraz edib.


“Bu nə Arif Hacılının, nə də onun qurduğu Divanın deyil, birbaşa İsa Qəmbərin sifarişi ilə verilən qərardır”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm