Nida.az
Ellada Məmmədli: “Məni də Müsavatdan qovacaqlar”
“Mənim partiyadan çıxarılmağımla bağlı tapşırıq verilib”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin (MQB)
sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr
müavini Ellada Məmmədli deyib.
Qeyd edək ki, Müsavat Divanının üzvü Nemət Kərimli MQB-nin
fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz
fəaliyyət göstərdiyini deyib. Bununla bağlı məsələ Divanda
müzakirəyə çıxarılacaq.
E. Məmmədli isə Divana çağırılmaqla partiyadan çıxarılacağını
bildirib.
“Mənim sədrlik etdiyim MQB partiyada ən fəal strukturlardandır. Biz
hər ay iclas keçirir, fəaliyyətimizi genişləndiririk. Hansısa
cılız, heç bir nüfuzu olmayan adamlar bizim fəaliyyətimizə qiymət
verə bilməz”, - deyə o bildirib.
MQB sədri artıq Divanda onu sorğu-suala tutduqlarını bildirib:
“Lakin orda MQB-nin fəaliyyətindən söz açılmadı. Sadəcə olaraq,
mənim ADR-dəki fəaliyyətim və Arif Hacılını tənqid edən statusları
bəyənməyim haqda soruşdular. Xəbərdarlıqlar edildi. Belə çıxır ki,
fərqli fikir söyləyənləri cəzalandıran, partiyadan xaric edən Divan
növbəti dəfə mənim haqqımda analoji qərar çıxaracaq”.
Asif Nərimanlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub