Nida.az
Ceyms Uorlik: “Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə maraqlıdırlar”
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcək.
Publika.az “news.am”-a istinadən xəbər verir ki,
bu barədə amerikalı həmsədr Ceyms Uorlik deyib.
C. Uorlik ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj
Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə
etdiklərini qeyd edib.
O, hər zaman Prezident İlham Əliyev və Serj Sərkisyanla danışıqlar
imkanından istifadə etdiklərini bildirib.
“Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə
maraqlıdırlar. Prezidentlərin görüşünün vaxtı hələlik
müəyyənləşməyib. Bu görüşün vaxtını müəyyən etmək üçün yaxın
günlərdə regiona səfər etməyi planlaşdırırıq. Biz münaqişənin dinc
yolla həlli üçün çalışırıq. Hesab edirəm ki, hər iki ölkənin lideri
də bunu istəyir. Uzun illərdir davam edən bu münaqişə insanlara çox
əziyyət verib. Bunun sonunun gəlməsini istəyirik”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye