"Nazir cəfəngiyatla məşğul olub" - Zahid Oruc
Bizi izləyin

Nida.az

"Nazir cəfəngiyatla məşğul olub" - Zahid Oruc

"Heç Allah da insanları belə izləmir” - Zahid Oruc

Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc ABŞ-ı , keçmiş nazirlər Füzuli Ələkbərov və Səfər Əbiyevi sərt tənqid edib.

Publika.Az xəbər verir ki, Z.Oruc ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan ordusu ilə bağlı tənqidi məqamların olmasına baxmayaraq, bu ölkənin öz ordusunda da ciddi nöqsanlar, hətta vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı faktlar olmasını bildirib.

“ABŞ həyatını araşdırmışam. İrqi ayrı-seçkilik 80 faizə qədər artıb. Əhalinin bir faizini müsəlmanlar təşkil edir, 14 faiz islamafobiya var. 12 milyon işsiz var, 40 milyonun səhiyyə sığortası yoxdur. Hər kəs izlənilir. Heç Allah da insanları belə izləmir”-deyə o bildirib.

Z.Oruc eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri sayıb: “Məsələn, Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz. Məncə, bundan örnək götürmək, nəticə çıxarmaq lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm