Deputat: “Avropa Oyunlarından böyük qürur hissi keçiririk”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Oyunlarından böyük qürur hissi keçiririk”

“Hər bir azərbaycanlı “Bakı 2015” Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsindən böyük qürur hissi keçirir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib.

“Bakı 2015” Avropa Oyunlarına hazırlıq prosesində AMİ-nin tələbələrinin də təmsil olunduğunu vurğulayan A.Naxçıvanlı Avropa Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən isə Azərbaycan “Bakı 2015” Avropa Oyunları sayəsində dünyada daha da tanınacaq. Əgər indiyədək dünya ölkələri Azərbaycanı tanıyırdısa, Avropa Oyunlarından sonra bu daha da artacaq. Dünyanın hər yerindən Azərbaycana turist axını olacaq. Bura gələn qonaqlar Azərbaycanla yaxından tanış olacaqlar, reallığı, Azərbaycanın nə qədər sülhsevər və qonaqpərvər olduğunu öz gözləri ilə görəcəklər. “Bakı 2015” Avropa Oyunlarına hazırlıq işləri çox yüksək səviyyədə həyata keçirilir. Dünyanın heç bir yerində bu qədər az müddətə hazırlıq işləri görülməyib. Avropa Oyunlarına hazırlıq üçün ən azı 7 il vaxt lazım olur. Ancaq Azərbaycan bütün bu işləri 2 il ərzində uğurla başa çatdıra bildi. Ona görə də hər birimiz bundan böyük qürur hissi keçiririk”.

Deputat “Bakı 2015” Avropa Oyunlarında Azərbaycan idmançılarının da böyük nailiyyətlər əldə edəcəyini söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm