Arif Hacılı: “İqtidar-müxalifət görüşünü dəstəkləyirik, amma...”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “İqtidar-müxalifət görüşünü dəstəkləyirik, amma...”

“I Avropa Oyunlarında bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Belə bir vaxtda biz iqtidarın diqqətini demokratiyaya, söz azadlığına yönəltmək istəyirik”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

A. Hacılı qeyd edib ki, iqtidar-müxalifət dialoqunu dəstəkləyirlər: “Bu cür təmaslar ölkə üçün vacibdir. Məni də sabah keçiriləcək görüşə dəvət ediblər. Bu, iqtidar-müxalifət görüşü deyil, çünki qeydiyyatdan keçmiş bütün siyasi partiyalar ora dəvət ediliblər. Hesab edirik ki, real olacaq iqtidar-müxalifət dialoqu vacibdir. Biz də belə dialoqda iştirak etməyə hazırıq. Sadəcə olaraq, bütün tərəflərin təklifləri qəbul olunmalıdır. Bizim təkliflərimiz də var. Təkliflərimizdən biri “Şərq tərəfdaşlığı” ilə bağlıdır. Biz hesab edirik ki, Azərbaycan Assosiativ Sazişi imzalamalıdır. Azərbaycan avrointeqrasiya istiqamətində fəaliyyətini genişləndirməlidir. Biz ölkədə siyasi islahatların aparılması təklifini də irəli sürürük. Seçki şəraitinin yaxşılaşdırılması istiqamətində iş aparılmalıdır”.

Bununla yanaşı, o, Müsavat Partiyasının sabah keçiriləcək iqtidar-müxalifət dialoqunda iştirak etməyəcəyini deyib. Onun sözlərinə görə, Müsavatın məhbuslar, siyasi islahatlar və bir sıra digər təklifləri var: “Sabaha qədər bu məsələlər iqtidar tərəfindən nəzərə alınsa və görüşdə müzakirə mövzusu olsa, biz iştirak edəcəyik. Əks təqdirdə, biz görüşdən imtina edəcəyik”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm