Azərbaycan-Türkiyə birgə taktiki təlimləri - FOTOLAR/VİDEO
Bizi izləyin

Nida.az

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri - FOTOLAR/VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirlib.

Publika.az xəbər verir ki, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uçlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.

Təlimlər davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm