Əli Həsənov: “Ciddi təklif almamışıq”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Ciddi təklif almamışıq”

“Prezident Administrasiyasına siyasi partiyalardan görüşdə müzakirə olunması üçün bir sıra təkliflər daxil olub. Amma ümumilikdə hər kəsin marağını kəsb edəcək və aktual olacaq ciddi təklif almamışıq”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət görüşündə çıxışı zamanı deyib.

PA rəsmisi qeyd edib ki, təkcə “Azadlıq-2015” blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ciddi təklif daxil olub: “Lakin hazırda iqtidar bu məsələləri siyasi partiyalarla müzakirə etməyə hazır deyil. Hesab edirik ki, indidən bu məsələləri gündəmə gətirməyə lüzum yoxdur. Ona görə də bu mövzudan imtina etdik”.

Əli Həsənov bu gün cəmiyyəti düşündürən əsas məsələnin Bakıda keçiriləcək I Avropa Oyunları olduğunu diqqətə çatdırıb: “Düşünürük ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.

PA rəsmisi görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

“Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilərlər. Biz ümumiyətlə gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”, - deyə PA rəsmisi qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm