Əli Həsənov iş adamlarının saxlanılmasından danışdı
Bizi izləyin

Nida.az

Əli Həsənov iş adamlarının saxlanılmasından danışdı

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, PA rəsmisi jurnalistlərə açıqlamasında bu məsələlərlə bağlı araşdırmalar apardıldığını deyib.

“Bu şəxslərin həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bəzi iş adamları konkret maddələr üzrə təqsirli bilinirlər. Aparılan istintaq və məhkəmə bu şəxslərin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olub-olmadığını müəyyən edəcək”, - deyə PA rəsmisi vurğulayıb.

Əli Həsənov qeyd edib ki, dövlət başçısı iş adamlarını dəstəkləyir: “Cənab Prezident ölkədə iş adamlarını dəstəklədiyini bəyan edib. İş adamlarından yeganə tələb Azərbaycan qanunlarına əməl etmələri ilə bağlıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm