Əli Həsənov: “Mətbuat günü ilə bağlı xüsusi sərəncam hazırlanır”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Mətbuat günü ilə bağlı xüsusi sərəncam hazırlanır”

“Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı mühüm dövlət tədbirləri keçiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

PA rəsmisi mətbuatın yubileyi ilə bağlı xüsusi sərəncam hazırlandığını qeyd edib.

“Hər il olduğu kimi bu il də Azərbaycan mətbuatının 140 illik yubileyinin təşkil olunması və keçirilməsi üçün Azərbaycan Prezidentinin xüsusi sərəncamı hazırlanır. Bu sərəncamdan sonra tədbirlərin keçirilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin tədbirlər planı təsdiq olunacaq və lazımi işlər həyata keçiriləcək”, - deyə Əli Həsənov diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm