Əli Həsənov: “Müsavat qatıla və təkliflərini verə bilər”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Müsavat qatıla və təkliflərini verə bilər”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Müsavat Partiyasının iqtidar-müxalifət görüşündə iştirak etmək üçün irəli sürdüyü şərtlərə münasibət bildirib.


Publika.az xəbər verir ki, Ə. Həsənov Müsavat Partiyasının öz təkliflərini görüşə qatılmaqla bildirə biləcəyini deyib: “Müsavat Partiyası görüşə qatılaraq cari məsələlər bölümündə öz təkliflərini gündəmə gətirə bilər. Yəni bunun üçün onların imkanı var. Çünki bu görüşlərdə öncədən nəzərdə tutulan məsələlərlə yanaşı, təklif olunan məsələlər də müzakirə olunur. Siyasi partiyaların təklifləri daha çox hansı məsələyə aiddirsə, o məsələ də müzakirə olunur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm