Müsavatdan daha bir nəfər getdi
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir nəfər getdi

Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib.

Bu barədə Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Dilşad Ələkbərli bildirib.

O deyib ki, E. Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı qərar bu gün Şuranın iclasında qəbul olunub. Onun sözlərinə görə, E. Məmmədli partiyanın Nizamnaməsinin tələblərini pozduğuna, partiya üzvləri arasında anti-Müsavat təbliğatı aparıb, onları təşkilatdan istefa verməyə təhrik etdiyi üçün partiyadan kənarlaşdırılıb.

D. Ələkbərli əlavə edib ki, Şurada bir neçə nəfər də E. Məmmədlinin onlara zəng edərək, müsavatdan istefa verməyi təklif etdiyini söyləyib.

E. Məmmədli isə bu gün partiyanın qərargahında olduğunu qeyd edib: “Men orda ola-ola barəmdə məndən xəbərsiz belə bir qərarın qəbul olunmasını düzgün hesab etmirəm. Heç bir partiya üzvünü istefa verməyə təhrik etməmişəm, bu böhtandır. Qoy, həmin şura üzvlərinin adlarını açıqlasınlar”./apa/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm