Nida.az
Ellada Məmmədli: “Nə qədər Hacılı qardaşları var, Müsavatda yalan ayaq tutub yeriyəcək”
“Xətai rayon təşkilatının 55 üzvünün istefasının mənim tərəfimdən təşkil olunduğunu iddia edirlər. Təşkilatı quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər, Müsavatı məbəd bilənlər mənim sözlərimlə istefa verdilər. Bunu deyənlər öz yalanlarına inanırlar?”
Publika.az xəbər verir ki, bunu Müsavat
Partiyasından çıxarılan Qadınlar Birliyinin keçmiş sədri Ellada
Məmmədli deyib.
Onun sözlərinə görə, istefa verənlər yeni rəhbərliyin avtoritar
idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına, daxildə
demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz
edərək bu addımı atıblar: “İstefa verənlərin 9 nəfər olduğunu,
onlardan birinin ölü, 8 nəfərin diri olduğunu qeyd edənlər ölənin
adını açıqlasınlar. Bunu edə bilməzlər, çünki dedikləri yalandır və
isbatı da yoxdur”.
E. Məmmədli qeyd edib ki, nə qədər Arif Hacılı və qardaşları
Müsavatda var, “yalan da ayaq tutub yeriyəcək”.
“Rayon təşkilatının varlığından xəbəri olmayanlar, yaltaqlıqla bir
qrupda yerləşib özlərinə yer edənlər, öz üzvlərini tanımayanlar,
xaricə gedənlərə “yaşıl işıq” yandırıb təşkilatı qazanc mənbəyinə
çevirənlər məni riyakarlıqda ittiham edir. İndi, sizcə, mən
riyakaram, yoxsa onlar?” - deyə o bildirib.
Asif Nərimanlı
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT