Müsavatın dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət olundu
Bizi izləyin

Nida.az

Müsavatın dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət olundu

Müsavat Partiyasının dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə şikayət olunub.


Publika.az xəbər verir ki, ötən həftə partiya qərargahı önündə etiraz aksiyası təşkil etdiyi üçün Müsavatdan xaric olunan Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli nazirliyə şikayət etdiyini açıqlayıb.


O, partiyanın düşdüyü hazırkı vəziyyətdən başqa çıxış yolu görmədiyini diqqətə çatdırıb: “Müsavat Partiyasının uzun müddət bundan əvvəl qarşısına qoyduğu məram və məqsəd son qurultaydan sonra kiçik bir qrupun maraqlarına xidmət etməyə yönləndirilib. Nizamnamə və ideologiya ayaqlar altına alınaraq tapdalanır, fərqli fikir nümayiş etdirən insanlar ağına-bozuna baxmadan partiyadan xaric edilir, rəhbərliyin nəzarətində olmayan rayon təşkilatları buraxılır, partiya kiçilərək cırtdanlaşır. Mən bütün bunları ürək ağrısı ilə izləsəm də, qarşısını almaqda acizəm.

Bilirəm ki, qəlbi müsavatçılıq ideologiyası ilə döyünən, illərini bu ideologiyanın yayılmasına sərf edən insanlar da bu durumdan çox narahatdır. Mən artıq qəti qərara gəlmişəm. Partiyanın bu durumundan, addımbaşı Nizamnamə pozuntuları ilə müşayiət olunan fəaliyyətdən narazılığımı dilə gətirərək, Ədliyyə Nazirliyinə müraciət edim. Təbii bu, mənim üçün də çox çətin bir psixoloji durum yaradır. Təəssüf ki, partiyanı bu qaragüruhun əlindən almaq üçün başqa yol qalmayıb”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm