Nida.az
Kəmaləddin Heydərov türkiyəli generalla görüşüb
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Hərbi Akademiyalar komandanı ordu generalı Abdullah Recepin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, K.Heydərov qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycan FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib. Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti haqqında söhbət açıb, bu ali təhsil ocağı ilə Türkiyə Respublikasının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən A.Recep qardaş ölkənin müvafiq qurumlarının Azərbaycan FHN ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi