Nida.az
Riqa: məğlubiyyət şəhəri: Brüssel Bakıdan nə istəyir?
Mayın 21-22-də Riqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı üzrə sammit keçiriləcək.
Altı ölkəni – Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan
və Ermənistanın qoşulduğu bu proqramın iflas etdiyinə dair fikirlər
var. Xüsusilə, Ukrayna böhranından sonra bəzilərində Qərb olan inam
azalıb. Eyni situasiya 2008-ci ildə Gürcüstanda baş vermişdi və
Avropa gürcüləri sona qədər müdafiə etmədi. Ukrayna “atəşinin”
fitilləndirilməsi bundan çox sonralar baş verdi və bu, “Şərq
tərəfdaşlığı” proqramını səmərəsiz vəziyyətə düşürdü. Çünki proqram
iştirakçıları etimad mühitinin zədələndiyini əsas gətirirlər.
Bu baxımdan, Riqa sammitinin səmərəli keçəcəyinə şübhələr
yaranıb.
“Riqa sammiti daha kədərli olacaq”
Publika.az xəbər verir ki, Şərqi Avropanın tədqiqatı mərkəzinin
analitiki
Laurinas Kaşyunas Ukraynadan sonra Rusiyanın hədəfinə çatdığını
hesab edir. Onun sözlərinə görə, NATO-nun inkişafı dayandı, “Şərq
tərəfdaşlığının” bünövrəsi dağıldı: “Bu Rusiyanın əsas geosiyasi
hədəfləri idi. Riqa sammiti əvvəlkilərə nisbətən daha kədərli
olacaq. Ən yaxşı halda bu kədərli nəticələrin öhdəsindən gəlmək
üçün cəhdlər ola bilər. Avropa Birliyi ölkələri hesab edir ki,
indiki siyasi və geosiyasi kontekst “Şərq tərəfdaşlığı” üzrə daha
güclü addımlar atmaq üçün əlverişli deyil. Hansı ki, bura üzvlük
perspektivinin aktuallaşdırılması, vizasız rejimin tətbiq edilməsi
kimi amillər daxildir. Ümumi mənzərə belədir ki, Ukraynadan
vəziyyətin aydınlaşmasına qədər gözləmək lazımdır”.
Qərb Rusiyaya sataşmaqdan çəkinir
Litvanın “Delfi.lt” nəşri yazır ki, diplomatlar Riqa sammitinin
müsbət və mənfi tərəflərini araşdırmağa başlayıb.
Ehtimallara görə, Avropa Birliyi ilə Assosiativ Sazişi
imzaladığına görə Rusiyanın Ukraynada tətbiq etdiyi ssenari
Gürcüstan və Moldovada da reallaşa bilər.
Buna əsas verən amillərdən biri də “Şərq tərəfdaşlığı” proqramında
iştirak edən ölkələrə vizasız rejimin tətbiq edilməsidir. Misal
üçün, Moldova artıq vizasız rejim haqda razılaşmanı imzalayıb.
Gürcüstan bütün standartlara uyğundur və vizasız rejimi ala bilər.
Lakin Avropa Rusiyaya sataşmaqdan çəkinir.
“Şərq tərəfdaşlığı” proqramına 6 ölkə daxil olsa da, Riqada hər
ölkə üzrə ayrı qiymətləndirmə olacaq.
Belə ki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İttifaqının
üzvüdür. Bu isə ona Avropa Birliyi ilə assosiasiya və azad ticarət
haqda danışıqlar aparmağa icazə vermir. Sadəcə olaraq, İrəvan ümumi
prinsiplər haqda razılaşma imzalaya bilər.
Digər tərəfdən, Ermənistan və Belarus Rusiyanın Krımı ilhaq
etməsini dəstəkləyir. Bu isə Avropa Birliyi ölkələrinin
siyasətçiləri tərəfindən belə partnyorlara etibar edilməməsinin
vacibliyi fikrinin irəli sürülməsinə səbəb olub. Belarus,
assosiasiya və azad ticarət haqda razılaşmanı imzalaya bilməsə də,
viza rejiminin sadələşdirilməsini istəyir.
“Bakını doğru bildiyi yoldan çəkindirmək asan
deyil”
Laurinas Kaşyunas isə ciddi təhlükələrin olacağı xəbərdarlığını
edib. Onun fikrincə, Vilnüs sammitindən sonra vəziyyət xeyli
kəskinləşib: “Mən bunu Rusiyanın qələbəsi kimi qiymətləndirmək
istəməzdim, lakin bu gün təşəbbüsü saxlamağın və digər ölkələrlə
ünsiyyət qurmağın yolları haqda düşünməliyik. Hazırda Belarus
ümumiyyətlə danışıqlarda iştirak etmək istəmir, Ermənistan
Rusiyanın geosiyasi girovudur. Azərbaycan isə strateji danışıqları
üstün tutur. Yəni bu ölkə daha çox özünə sərf edən formada hərəkət
edir və onu doğru bildiyi yoldan çəkindirmək asan deyil”.
Analitikin fikrincə, “Şərq tərəfdaşlığı” eyni yerdə dayanıb
fırlanacaq, irəliyə doğru addım ata bilməyəcək.
“Azərbaycan özünü nə Avropa Birliyi ilə bağlamaq niyyətində deyil,
nə də Avrasiya İttifaqı ilə. Bakının hədəfi Avropa ilə strateji
əməkdaşlıqdır”, - deyə ekspert qeyd edib.
Azərbaycana xüsusi əməkdaşlıq: Brüssel nə
istəyir?
Bu arada Avropa Birliyi Azərbaycana xüsusi əməkdaşlıq haqda təklif
vermək niyyətində olduğunu açıqlayıb.
Latviya XİN-nin “Şərq Tərəfdaşlığı”na dair xüsusi tapşırıqlar üzrə
elçisi Yuris Poykans bu barədə danışarkən bildirib ki, Ukrayna,
Moldova və Gürcüstan ilə assosiasiya barədə imzalanmış 3 saziş
var.
“Gürcüstan və Ukrayna vizasız rejimin tətbiq olunması istiqamətində
qətiyyətli addımlar atırlar. Aİ Riqa sammitində bu sazişlərin
icrası məsələsində onlara dəstək verəcək. Eyni zamanda Azərbaycan,
Ermənistan və Belarusa xüsusi əməkdaşlıq təklifi ediləcək. Biz
bütün ölkələrlə münasibətləri bərabərlik prinsipləri əsasında
qurmaq niyyətindəyik”, - Yuris Poykans qeyd edib.
“Qərb Azərbaycan kimi tərəfdaşı itirmək
istəmir”
Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki,
Brüssel Bakının Assosiativ Sazişi imzamalayacağını anlayıb: “Lakin
Qərb Azərbaycan kimi tərəfdaşı itirmək istəmir və buna görə də
xüsusi əməkdaşlıq təklif edir. Güman ki, bu əməkdaşlığın əsas
istiqaməti energetika layihələri ilə bağlıdır. Eyni zamanda, bir
sıra digər məsələlər bura daxil ola bilər”.
F. Sadıqov qeyd edib ki, Azərbaycan heç vaxt Avropa Birliyi ilə
əməkdaşlıqdan imtina etməyib.
“Bakı həmişə bərabərhüquqlu əməkdaşlığı dəstəkləyib. Sirr deyil ki,
Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır,
artıq TAP və TANAP layihələri üzərində razılaşma var və ciddi iş
aparılır. Brüssel artıq yaxşı anlayır ki, Azərbaycanla əməkdaşlıq
yalnız qarşılıqlı maraqlar çərçivəsinə ola bilər”, - deyə o qeyd
edib.
Asif Nərimanlı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI