Qubad İbadoğlu: “Bu, Müsavatda mənəvi dəyərlərin də arxa plana keçdiyini göstərdi”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Bu, Müsavatda mənəvi dəyərlərin də arxa plana keçdiyini göstərdi”

“Ellada xanımın Müsavatdan çıxarılması onsuz da pis durumda olan partiyada rəhbərliyi mənimsəmiş şəxslərin digər naqisliklərini də üzə çıxartdı”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu bildirib.


Onun sözlərinə görə, nizamnamə pozuntusu ilə verilən bu qərarla təsdiq olundu ki, birincisi, partiya içində qısasçılıq hissi o qədər genişlənib ki, artıq yuxarıların göstərişi ilə aşağı səviyyəli idarəçilikdə də bu yanaşma əsas xətti təşkil etməyə başlayıb: “İkincisi, bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil, həm də mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi.

Partiyanın bu qərarı yalnız prinsipial mövqeyi və yetkin siyasi təcrübələri ilə başqalarından fərqlənən, bizimlə bərabər on illərlə ağır yükü zərif çiyinlərinə götürən müsavatçı ana və bacılarımıza deyil, cəmiyyətdə sayı az olan siyasətçi xanımlara münasibətdə hörmətsizlik nümunəsi kimi tarixdə qalacaq. Bununla, hazırkı Müsavat Partiyası bir daha klassik müsavatçılıq ideologiyasından çox uzaqlaşdığını nümayiş etdirdi”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm