İŞİD metodları Qafqazda tətbiq olunur – YENİ CƏBHƏ
Bizi izləyin

Nida.az

İŞİD metodları Qafqazda tətbiq olunur – YENİ CƏBHƏ

“Bu gün İŞİD döyüşçülərinin Qafqaza dönüşü bir qədər çətin görünür. Hazırda bu qruplaşma İslam dünyası tərəfindən tənqid olunur. İstər məşhur sünni alimləri, istərsə şiə icmasına daxil olan elm adamları Əl-Bağdadinin Qurani-Kərimi və hədisləri təhrif etdiyini, öz məqsədinə uyğun formada təqdim etdiyini deyirlər. Digər tərəfdən, İŞİD bir neçə cəbhədə döyüşmək məcburiyyətində qalıb və əvvəlki illərə nisbətən xeyli zəifləyib”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Şərqşünaslıq İnstitutunun Asiya, Qafqaz və Ural-Volqa ətrafının öyrənilməsi Mərkəzinin böyük elmi işçisi, professor Mixail Roşin deyib.


M. Roşin hesab edir ki, İŞİD-in terror üslubunun Qafqaza gəlməsi ehtimalı daha böyükdür: “Bu gün İŞİD tərkibində Rusiyanın Şimali Qafqaz regionunda, eləcə də Cənubi Qafqazdan olan döyüşçülər vuruşur. Şimali Qafqazdan olan döyüşçülərin əksəriyyəti Çeçenistandan gedənlərdir. Qafqaz üçün İŞİD-in sərt metodları təhlükəlidir. Hansı ki, bu regiondakı radikallar eyni üsullarla terror aktları törədə, eyni metodlarla ayaqlana bilərlər”.


Onun sözlərinə görə, bölgədən İŞİD-ə qoşulanların sayı artdıqca təhlükə də genişlənir: “Düzdür, Qafqazda, eləcə də Rusiyada vəziyyət nəzarət altındadır. Lakin gedənlərin sayı artdıqca, bu, gələcəkdə ciddi çətinliklər yarada bilər”.


M. Roşin gənclərin İŞİD-ə qoşulması səbəbini daha çox romantika ilə bağlayır: “Bu qruplaşma internet üzərindən təbliğat kampaniyası aparır. Bu isə Qərb dəyərlərinə etiraz edənləri cəlb etmək üçün əla müstəvidir. Biz Fransada çəkilən karikaturalara etiraz edən Çeçenistan sakinlərində təbliğatın gücünü gördük. Biz təhlükəni indiki məqamda görmürük. Lakin bu, İŞİD hüceyrələrinin Şimali Qafqazda peyda olması ehtimalının olmaması demək deyil. Belə ehtimal həmişə var və bu baş verərsə, təkcə Qafqazın Şimali yox, Cənubu da təhlükə altında qalacaq. Misal üçün, biz Dağıstanda radikal qrupların gənc komandirlərinin Əl-Bağdadiyə biət etdiyinin şahidi olduq. İndiki məqamda Əl-Bağdadinin ona biət edənlərə hərəkət etmə əmrini verəcəyini demək çətindir. Çünki Yaxın Şərqlə Qafqaz arasında məsafə böyükdür və o, burdakı tərəfdarlarına heç nə ilə kömək edə bilmir”.


Ekspert İŞİD-in Qafqaz cəbhəsinin nə qədər real olduğunu da şərh edib. Onun fikrincə, bu, yaxın perspektivdə açıq şəkildə görünmür: “Amma gizli hərəkat mövcuddur və onlar gizli formada İŞİD-in Qafqazdakı dayaqlarını yaradırlar. Lakin onu da qeyd etməliyik ki, belə dayaqların sayı azdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm