Nida.az
Bakıda səfirliyin açılması İsveçin regionda aktiv rol oynaması üçün şərait yaradır
İsveçin Bakıda və Yerevanda səfirliklərinin açılması ölkənin regionda aktiv rol oynaması və Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" siyasətinin inkişafında hərəkətverici qüvvə kimi qalmasına şərait yaradır. Trend-in İsveç Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ölkənin XİN rəhbəri Karl Bildt bildirib.
Qeyd edək ki, İsveç martın 3-də Bakıda və Yerevanda öz səfirliklərini açıb. Bu barədə qərar İsveç hökuməti tərəfindən 2013-cü ilin iyun ayında qəbul olunub.
Ötən il İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oom Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Bakıda keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayaraq, İsveçin yaxın zamanda Bakıda öz səfirliyini açmaq barədə qərar verdiyini və bunun ölkəsinin Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirmişdi.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO