Nida.az
Ermənilərə və İran xüsusi xidmət orqanlarına işləyənlər tutulub
Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində
ermənilərə və İran xüsusi xidmət orqanlarına işləyən Azərbaycan
vətəndaşları tutulub.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2013-cü ilin
yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd
olunub ki, 2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat
və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi
vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə
rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici
dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni
milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların
sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər
Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Bundan başqa Azərbaycanda yaşayan İsrail vətəndaşlarının
müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik
nümayəndəliyinim əməkdaşları barədə məlumatların toplanılması,
Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol
Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq
dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və
fotoçəkilişlərin aparılması üzrə İran xüsusi xidmət orqanlarının
tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa
olunaraq yaxalanıb.
Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin
xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb
olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla
Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da
cinayət məsuliyyətinə cəlb edilib.Törədilmiş hərbi cinayətlərə görə
1 hərbi qulluqçu məhkum olunub.
Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK