Nida.az
ABŞ-da Azərbaycanın Respublika Günü qeyd olunub – FOTOLAR
ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Publika.az-ın məlumatına görə, “Azərbaycan Dostlarının Assambleyası” (AFAZ) tərəfindən təşkil olunmuş tədbir ştatın qanunverici orqanının binasında baş tutub.
Tədbirdə ştat qubernatorunun müavini (“Lieutenant Governor”) Elbert Li Qullori, Senat üzvləri Fransis Tompson və Qerald Lonq, Nümayəndələr Palatasının üzvləri Kley Şiksnayder, Co Harrison və Roy Burrel iştirak ediblər.
İlk çıxış etmiş qubernatorun müavini Elbert Li Qullori özünün Azərbaycanla bağlı təcrübəsini bölüşüb.
O, Azərbaycana hələ 1983-cü ildə səfər etdiyini xatırlayaraq, azərbaycanlıların xüsusi qonaqpərvərliklə seçildiklərini və məhz bu xüsusiyyətin onu Azərbaycana bağladığını qeyd edib.
E.L.Qullori Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayaraq, Azərbaycana göstərdiyi davamlı dəstəyə minnətdarlığını ifadə edib.
Daha sonra çıxış edən Senat üzvü Fransis Tompson və Nümayəndələr Palatasının üzvü Kley Şiksnayder Azərbaycanı Respublika günü münasibətilə təbrik edib, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafının əhəmiyyətini vurğulayıb.
Tədbirdə iştirak etmiş Azərbaycan Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək Azərbaycan-ABŞ münasibətləri, ölkələrimizin enerji və beynəlxalq təhlükəsizlik sahələrindəki birgə əməkdaşlıq barədə məlumat verib.
Xatırladaq ki, Nyu Orlean şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin məlumatına görə, Azərbaycan və Luiziana arasında ticarət dövriyyəsi 43 milyon ABŞ dollarını keçib.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...