TÜRKPA Baş Katibi Jandos Asanov: “Avropa Oyunları bütün Türk dünyasında əlamətdar hadisədir”
Bizi izləyin

Nida.az

TÜRKPA Baş Katibi Jandos Asanov: “Avropa Oyunları bütün Türk dünyasında əlamətdar hadisədir”

“Biz qlobal miqyaslı möhtəşəm hadisənin astanasındayıq. 12 və 28 iyun 2015-ci il tarixləri arasında Bakıda Birinci Avropa Oyunları baş tutacaq”.

Bu barədə Publika.az-a I Avropa Oyunları barədə münasibət bildirən TÜRKPA Baş Katibi Jandos Asanov deyib. O qeyd edib ki, bu cür mötəbər bir yarışın Azərbaycanda keçirilməsi əlamətdar bir hadisədir.

“Avropa Oyunları nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər zəhmətli bir vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır”, - Jandos Asanov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm