Nida.az
“The Washington Post”: “Rusiya Azərbaycanda Ukrayna ssenarisini tətbiq edə bilər”
“Avropa indi Rusiyaya doğru barmaqlarının ucunda gedir. Çünki onlar Kremlin Ukrayna ssenarisinin “Şərq tərəfdaşlığı” ölkələrində - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Belarusda təkrarlanacağından qorxurlar”.
Publika.az xəbər verir ki, bu barədə “The
Washington Post” nəşri yazıb.
Nəşr qeyd edir ki, Vilnüsdə keçirilən sammitdə aparılan danışıqlar
Rusiyanın kəskin reaksiyasına səbəb oldu və Ukrayna böhranı
doğuldu: “Məhz buna görə Avropa Riqada ehtiyatla davrandı, öz
qonşularını tanıdı, lakin onlara konkret təkliflər vermədi.
Avropanın ehtiyatlılığı Rusiyaya qələbə gətirir. 2008-ci ildə
Avropa Birliyi Gürcüstanla maksimum yaxınlıq yolunu seçəndə Rusiya
müharibə etdi. Hazırda Brüssel Tiflisi yanına çəkməkdə israrlıdır,
lakin bunu daha ehtiyatla edir, daha çox dəhlizlərdə müzakirələr
aparılır. Gürcüstan və Ukraynadan başqa, Azərbaycan, Ermənistan,
Belarus və Moldova Brüsselin maraq dairəsindədir. Moldova daha açıq
şəkildə Avropaya inteqrasiya edir, vizasız rejimin tətbiqi
istiqamətində addımlar atırlar. Lakin Moldovanın keçmiş sovet
cənabına sədaqətinin qismən saxlanması üçün Rusiya öz təsir
imkanlarından yararlanır”.
Avropa Birliyinin adının çəkilməsini istəməyən diplomatı nəşrə
bildirib ki, Brüssel bu gün gördüklərindən fövqəladə səviyyədə
məyus olub.
“Xüsusilə 2013-cü il sammitindən sonra Ukraynanın keçmiş prezidenti
Viktor Yanukoviç sazişi imzalamaqdan imtina edəndən sonra bu
məyusluq və narahatlıq artdı”, - deyə Brüsselin diplomatı qeyd
edib.
“European Council on Foreign Relations”in eksperti Kadri Liik
bildirib ki, “Şərq tərəfdaşlığı” proqramının partnyor ölkələri ilə
Brüsselin danışıqlarında Rusiya indi daha çox nəzərə çarpır:
“Rusiyanın partnyor ölkələrə qarşı əlində rıçaqlar var və biz bunu
diqqətdən yayındırmamalıyıq”.
“The Washington Post” yazır ki, hazırda partnyor ölkələrində ciddi
ehtiyatlılıq var: “Misal üçün, Gürcüstan vətəndaşları əvvəlki kimi
Avropa Birliyi və NATO-ya girişi dəstəkləyirlər. Lakin ictimai rəy
sorğuları göstərir ki, Rusiya ilə sıx əlaqələri dəstəkləyən azlıq
getdikcə çoxalır. Analitiklərin fikrincə, partnyor ölkələr Avropa
institutları ilə əlaqələrin konkret üstünlüklərini praktiki olaraq
görmürlər. Əksinə, Avropa Birliyinə yaxınlaşdıqca, Rusiyanın
təzyiqi daha da artır”.
Nəşr qeyd edir ki, Brüsselin özü də Moskvanın Ukrayna ssenarisini
partnyor ölkələrdə tətbiq edəcəyindən çəkinir: “Bu ehtimal Moldova
və Gürcüstan da daha çoxdur. Hansı ki, bu ölkələr məhz
separatçılıqdan əziyyət çəkir. Bunlara nisbətən Azərbaycanda az
ehtimal olunur. Amma Belarus və Ermənistanla müqayisədə
Azərbaycandakı ehtimal daha yüksəkdir. Bu ölkə də vaxtilə
separatizmə məruz qalıb və hələ də davam edir. Ermənistan və
Belarus isə hazırda Avrasiya İttifaqının üzvü kimi rəsmi şəkildə
Rusiyanın yanındadır”, - deyə məqalədə bildirilir.
Asif Nərimanlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO