Nida.az
İlqar Məmmədovla Erkin Qədirli arasında fikir ayrılığı - İttiham
REAL Hərəkatının sədri hazırda həbsdə olan İlqar Məmmədovla
hərəkatın Məclis sədri Erkin Qədirli arasında fikir ayrılığı
yaranıb. Publika.Az -a xəbər verir ki, İ. Məmmədov E.
Qədirlinin Xocalı soyqırımının 22-ci ildönümündə bu soyqırımı
törətmiş erməni siyasətçilərdən qisas almaqla bağlı fikirlərinə
münasibət bildirərkən bunu emosiyalı yanaşma adlandırıb: “Burada,
həbsxanada eşidəndə ki, Xocalı qətliamının 22-ci ildönümü günündə
REAL Hərəkatı İdarə Heyətinin mənim kimi bir üzvü olan dostumuz
Erkin Qədirli hansısa emosiyalara uyaraq bəzi erməni ictimai
şəxslər haqqında nə məsuliyyətli siyasətçi standartlarına sığan, nə
mənə məlum, nə də Qarabağ münaqişəsinin həlli ilə əlaqədar REAL
Hərəkatında müzakirə edilmiş bir qalmaqallı şərhlə çıxış edib, Çox
kədərləndim, belə bir yanaşmanın yolverilməz olduğunu bildirirəm və
şiddətlə qınayıram.
REAL Hərəkatı kollektiv kimlikdir, İdarə Heyətinin üzvünün şəxsi fikirləri hərəkatımızı bağlaya bilməz, REAL Hərəkatının mövqeyi ancaq rəsmi şəkildə qurum adından yayılan bəyanatlarda öz əksini tapır”.
Qeyd edək ki, E. Qədirli bununla bağlı bildirmişdi ki, Xocalıya
ədalətdən çox, qisas lazımdır!: “Bu cinayətin əsas iştirakçıları -
Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan öldürülməlidir. Bu
işi xüsusi xidmət orqanlarımız çoxdan etməli idilər. Texniki
baxımdan mümkündür. Onların öldürülməsi üçün görüntülü qisasa
ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa,yetər. Sonra
bununla bağlı lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal
müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa,
uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara
içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və
ya üçüncü tərəfin əli ilə də bunu etmək olardı. Təki onların təbii
ölümlə həyatdan getmədiklərinə əmin olaq”.
Asif
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub