Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK FAKTLAR

Son günlər həbsi barədə məlumatlar yayılan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaiti ilə bağlı yeni faktlar ortaya çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Hacı İbrahim Nehrəmli bir neçə il öncə Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitini “Gold City” biznes mərkəzinin tam reallaşdırması üçün sənədləşdirib. Ancaq iş adamı həmin kredit vəsaitini bankdan alandan az müddət sonra “Khazar İslands” (“Xəzər adaları”) layihəsini başladıb və həmin vəsaitlərin də təqribən 80 faizini bu layihəyə sərf edib. Bütün bunlardan xəbər tutan Azərbaycan Beynəlxalq Bankı “Gold City”-də yoxlama aparıb və məlum olub ki, ayrılan kredit vəsaitləri göstərildiyi istiqamətə sərf olunmayıb. Bütün bu hallar isə iş adamının istintaqa cəlb edilməsi ilə nəticələnib.

Elnur Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm