3 azərbaycanlı ailə Krımı tərk etdi: soydaşlarımız geri qayıdır
Bizi izləyin

Nida.az

3 azərbaycanlı ailə Krımı tərk etdi: soydaşlarımız geri qayıdır

3 azərbaycanlı ailə Krımı tərk etdi: soydaşlarımız geri qayıdır


Krımda yaşayan azərbaycanlılar geri qayıdır. Publika.Az –n əldə etdiyi məlumata görə, artıq Xudat şəhərindən olan 3 ailə artıq geri dönüb. Həmin ailələr Krımda daha yaşamağın mümkünsüz olduğunu deyirlər.

Onların sözlərinə görə, Krım bütünlüklə ruslar tərəfindən işğal edilib, bütün rayonlar, qəsəbələr, yaşayış məntəqələri rusların əlindədir. Hazırda qarşıdurma davam etsə də azərbaycanlıların neytral qaldığı deyilir. Geri dönənlər digər azərbaycanlıların da qayıdacağını bildirilər.

Qeyd edək ki, Krımda 8-10 min arası azərbaycanlı yaşayır. Ümumilikdə Ukraynada isə 300 min nəfərə qədər azərbaycanlı var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm