Novruz Məmmədovdan Blatterlə bağlı tvit: “İdmanda da tətbiq olunur”
Bizi izləyin

Nida.az

Novruz Məmmədovdan Blatterlə bağlı tvit: “İdmanda da tətbiq olunur”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FİFA-da baş verən hadisələrə və təşkilatda keçirilən prezident seçkilərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, PA rəsmisi “Twitter” səhifəsində siyasi priyomların idman sahəsində də tətbiq olunduğunu yazıb.

“Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün, görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi”, - deyə N. Məmmədov qeyd edib.

Qeyd edək ki, ötən gün Yozef Blatter növbəti dəfə FIFA-nın prezidenti seçilib. Bundan əvvəl isə FIFA-nın bir neçə məmuru korrupsiya və rüşvət ittihamı ilə həbs edilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm